Bakıda ər-arvad dəm qazından boğularaq ölüb

Bakıda ər-arvad dəm qazından boğularaq ölüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
17 Yanvar , 2015 15:15
Bakıda ər-arvad dəm qazından boğularaq ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda üç nəfər dəm qazından boğularaq ölüb. “Report”un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Belə ki, yanvarın 17-də Göygöl rayon sakini Elgün Yusifov və arvadı Nuranə Səfiyeva Sabunçu rayonu Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evdə, yanvarın 16-da Xətai rayonu ərazisində yaşayan Tərlan Mahmudova mənzilində dəm qazından boğularaq ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi