​Bakıda əməkdar incəsənət xadiminin evindən oğurluq edilib

​Bakıda əməkdar incəsənət xadiminin evindən oğurluq edilib Oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar
Hadisə
26 Fevral , 2016 14:09
​Bakıda əməkdar incəsənət xadiminin evindən oğurluq edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Telman Hacıyevə məxsus Maştağa qəsəbəsi 2-ci Albalı massivində bağ evindən oğurluq olub. “Report” xəbər verir ki, oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar. Bağ evindən məişət əşyaları oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Qeyd edək ki, Telman Hacıyev Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılıq mükafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professordur.

Son xəbərlər

Orphus sistemi