​Bakıda döyüş sursatı aşkar edilib

​Bakıda döyüş sursatı aşkar edilib Nərimanov rayonunda 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara zapalı tapılıb
Hadisə
23 Yanvar , 2015 23:00
​Bakıda döyüş sursatı aşkar edilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsi 114 ünvanında, zibil qutusunun yaxınlığında sellofan torbada istifadəyə yararlı silah-sursat aşkar edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb olunub.

Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış istifadəyə yararlı olan 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara zapalı aidiyyəti üzrə təhvil verilib.

Mütəxəsislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi