Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib Fatmayıda dörd, Bilgəhdə iki nəfər sudan çıxarılıb
Hadisə
15 İyul , 2015 22:34
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Bu barədə "Report" Fövqaladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Həmin vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

Analoji hadisə Xəzər rayonunda “Bilgəh” sularda xilasetmə postunun ərazisində qeydə alınıb. Belə ki, bu ərazidə batmaq təhlükəsi ilə üzləşəb 2 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.

Son xəbərlər

Orphus sistemi