Bakıda cəzaçəkmə müəssisəsinin həyətində iki bağlama atılıb - FOTO

Bakıda cəzaçəkmə müəssisəsinin həyətində iki bağlama atılıb - FOTO Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib
Hadisə
31 Mart , 2016 14:14
Bakıda cəzaçəkmə müəssisəsinin həyətində iki bağlama atılıb - FOTO

Bakı. 31 mart. REPORT.AZ/ Martın 30-da saat 06:20 və 08.00 radələrində 7 saylı cəzaçəkmə müəssisəsinin ərazisinə kənardan iki ədəd bağlama atılıb.

Bu barədə “Report”a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Baş idarəsinin əməliyyat-rejim aparatının əməkdaşları əşyaların aşkar olunduğu və atılması ehtimal edilən müəssisəyə yaxın ərazilərə baxış keçirərək, həmin bağlamaların içərisindən işlək vəziyyətdə iki ədəd “Nokia” markalı mobil telefon aparatı olduğunu müəyyən ediblər.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi