Bakıda "Bosch" mağazasının satıcısı həbs olunub

Bakıda "Bosch" mağazasının satıcısı həbs olunub O, qəza şəraiti yaradaraq manevr qaydalarını pozub
Hadisə
18 May , 2015 18:50
Bakıda Bosch mağazasının satıcısı həbs olunub

Bakı. 18 may. REPORT.AZ/ Bakıda "Bosch" mağazasında satıcı vəzifəsində çalışan şəxs həbs olunub. "Report" xəbər verir ki, Masallı rayon sakini 26 yaşlı Əliyev Burhan Nurəddin oğlu qəza şəraiti yaratmaqla manevr qaydalarını pozub. O, DYP əməkdaşının "Saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları tərəfində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinə (PB) gətirilib.

B.Əliyev məhkəmənin qərarı ilə 20 gün həbs edilib və DİN-in İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır.

Son xəbərlər

Orphus sistemi