Bakı. 10 mart. REPORT.AZ/ Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 9-da Binəqədi qəsəbəsində yaşayanlar - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. X.Rüstəmov A.Rüstəmova evdə ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.