​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Hadisə
27 Fevral , 2015 23:16
​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. 27 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumi sahəsi 1500 kv.m olan binanın çardağı 1200 kv.m sahədə yanıb.

Binanın çardağının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi