Bakıda banklardan birindən oğurluğa cəhd olub

Bakıda banklardan birindən oğurluğa cəhd olub Bakı sakini tutulub
Hadisə
13 Fevral , 2016 12:55
Bakıda banklardan birindən oğurluğa cəhd olub

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda banklardan birindən oğurluğa cəhd göstərən şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 11-də saat 23 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsindəki “Dəmir Bank” ASC-dən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları oradan oğurluğa cəhd göstərən paytaxt sakini Elxan Məsimovu saxlayıb və 5-ci Polis Bölməsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi