​Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin görüntüsü yayılıb - FOTO

​Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin görüntüsü yayılıb - FOTO O, idarə etdiyi avtomobillə müəyyən olunaraq tutulub
Hadisə
18 Fevral , 2015 18:11
​Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin görüntüsü yayılıb - FOTO

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda bir oğlanı qətlə yetirən, bacısını isə yaralayan şəxsin görüntüsü yayılıb. “Report” həmin şəxsin – Rasim Mustafayevin görüntüsünü təqdim edir.

Qeyd edək ki, hadisə fevralın 16-da saat 19:10-da Bibiheybət qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev sərxoş vəziyyətdə 1991-ci il təvəllüdlü Elvin Hüseynlini bıçaqla qətlə yetirib və bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti vurub. O, DİN Təhlükəsiz Şəhər Xidməti, Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsi (PB), Sabunçu RPİ 13-cü PB, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə müəyyən olunaraq tutulub.

Son xəbərlər

Orphus sistemi