​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb

​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
10 Aprel , 2015 13:40
​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunun Z.Bünyadov prospektində avtomobil iki piyadanı vurub. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hələlik istintaq tərəfindən müəyyən edilməmiş avtomobillə yolu keçmək istəyən Bakı şəhər sakinləri Röyalə Bayramova və Günel Ağayeva vurulublar. R.Bayramovaya və G.Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi