Yuxarı

​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb

Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 10 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunun Z.Bünyadov prospektində avtomobil iki piyadanı vurub. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hələlik istintaq tərəfindən müəyyən edilməmiş avtomobillə yolu keçmək istəyən Bakı şəhər sakinləri Röyalə Bayramova və Günel Ağayeva vurulublar. R.Bayramovaya və G.Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi