Bakıda avtomobil ahıl kişini vuraraq ərazidən uzaqlaşıb

Bakıda avtomobil ahıl kişini vuraraq ərazidən uzaqlaşıb Həmin şəxs məsuliyyətə cəlb edilib
Hadisə
30 Sentyabr , 2016 15:58
Bakıda avtomobil ahıl kişini vuraraq ərazidən uzaqlaşıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakıda ahıl kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçən qəsəbə sakini 83 yaşlı Yasin Qubadovu vuraraq ərazidən uzaqlaşıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini,  36 yaşlı Anar Qasımov törədib. Həmin şəxs məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi