Bakıda 20 yeniyetmə qəlyan çəkdiyinə görə saxlanıb

Bakıda 20 yeniyetmə qəlyan çəkdiyinə görə saxlanıb Yetkinlik yaşına çatmayan 3 nəfərin isə kafe və çay evlərində ofisiant kimi işlədildiyi müəyyənləşib
Hadisə
14 İyul , 2016 19:13
Bakıda 20 yeniyetmə qəlyan çəkdiyinə görə saxlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkdiklərinə görə saxlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verib.

Məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları tərəfindən paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir.

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.

Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi