​Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb

​Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb Şahmalı Nəsibovun idarə etdiyi “Chevrolet” və Fərzəli Fərzəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub
Hadisə
10 Oktyabr , 2015 13:09
​Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Yasamal rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, paytaxtın M.Müşfiq küçəsində Bakı şəhər sakinləri Şahmalı Nəsibovun idarə etdiyi “Chevrolet” və Fərzəli Fərzəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Fərzəliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi