Bakıda 150 min manatlıq “Porşe” qəza törədib - FOTO

Bakıda 150 min manatlıq “Porşe” qəza törədib - FOTO Qəza zamanı xəsarət alan olmayıb
Hadisə
13 İyun , 2015 06:06
Bakıda 150 min manatlıq “Porşe” qəza törədib - FOTO

Bakı. 13 İyun. REPORT.AZ/ Gecə saatlarında Heydər Əliyev prospektində üzü şəhər istiqamətinə gedən yolda “Porşe Panamera” markalı avtomobilin sürücüsü qəza törədib.

“Report”un məlumatına görə, qəza zamanı 90 NV 800 dövlət qeydiyyat nişanlı Qarayev Ənvər Əli oğluna məxsus "Porşe" markalı avtomobil prospektin kənar yolu ilə hərəkətdə olan zaman sürücü idarəetməni itirib.

Nəticədə avtomobil bardürə çırpılıb və kənar yoldan çıxaraq əsas yola düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi