​Bakı-Sumqayıt yolunda yol-nəqliyyat qəzası baş verib

​Bakı-Sumqayıt yolunda yol-nəqliyyat qəzası baş verib Bir nəfər yaralanıb
Hadisə
18 Noyabr , 2015 16:31
​Bakı-Sumqayıt yolunda yol-nəqliyyat qəzası baş verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Son xəbərlər

Orphus sistemi