Yuxarı

​Bakı-Sumqayıt yolunda yol-nəqliyyat qəzası baş verib

Bir nəfər yaralanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi