Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları götürülüb

Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları götürülüb Əməliyyat zamanı ona saxta pulları verən şəxs də müəyyən olunub
Hadisə
19 Noyabr , 2014 15:02
Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları götürülüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları aşkar edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Namiq Həsənovdan 3 ədəd 100 dollarlıq saxta əskinas götürülüb. Əməliyyat tədbirləri nəticəsində onun həmin əskinasları Lənkəran şəhər Girdəni kənd sakini Arzuman Mirzəyevdən alması müəyyən edilib. Əməliyyat zamanı A.Mirzəyev tutulub, onun evinə baxış zamanı 572 qram marixuana və 28 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi