Bakı şəhər prokuroru Nardaran qəsəbəsinə gedib

Bakı şəhər prokuroru Nardaran qəsəbəsinə gedib Əziz Seyidov qəsəbədə keçirilən xüsusi əməliyyatla maraqlanıb
Hadisə
1 Dekabr , 2015 19:03
Bakı şəhər prokuroru Nardaran qəsəbəsinə gedib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı şəhər prokuroru Əziz Seyidov Nardaran qəsəbəsinə gedib. “Report”un əməkdaşı xəbər verir ki, prokuror qəsəbədə keçirilən xüsusi əməliyyatla maraqlanıb.

Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi