Bakı Şəhər Prokurorluğunun müstəntiqləri jurnalisti əməliyyat edən professoru yenidən dindirib

Bakı Şəhər Prokurorluğunun müstəntiqləri jurnalisti əməliyyat edən professoru yenidən dindirib Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək
Hadisə
13 Avqust , 2015 13:52
Bakı Şəhər Prokurorluğunun müstəntiqləri jurnalisti əməliyyat edən professoru yenidən dindirib

Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev yenidən Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilib. Professor "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Keçən dəfəki dindirmədən fərqli olaraq (ötən dəfə professor 1 saylı Kliniki Tibbi Mərkəzdə dindirilib - "Report") S.Əliyev bu dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb və orada dindirilib.

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək.

Özünün həbs olunma ehtimalına gəlincə, S.Əliyev bu barədə danışmaq istəmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi