Yuxarı

Bakı Şəhər Prokurorluğunun müstəntiqləri jurnalisti əməliyyat edən professoru yenidən dindirib

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək

Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev yenidən Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilib. Professor "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Keçən dəfəki dindirmədən fərqli olaraq (ötən dəfə professor 1 saylı Kliniki Tibbi Mərkəzdə dindirilib - "Report") S.Əliyev bu dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb və orada dindirilib.

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək.

Özünün həbs olunma ehtimalına gəlincə, S.Əliyev bu barədə danışmaq istəmədiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi