Bakı sakini məktub yazaraq intihar edib

Bakı sakini məktub yazaraq intihar edib "Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim"
Hadisə
23 Aprel , 2016 16:54
Bakı sakini məktub yazaraq intihar edib

Bakı. 23 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 27 yaşlı Uğur Məmmədov intihar edib.

O, Mərdəkan qəsəbəsi, dəniz sahilindəki “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.

U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda "Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim" sözləri yazılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi