Bakı-Qazax yolunda avtomobil yanıb, xəsarət alan var - FOTO

Bakı-Qazax yolunda avtomobil yanıb, xəsarət alan var - FOTO Yanğının səbəbi məlum deyil
Hadisə
4 Noyabr , 2015 15:25
Bakı-Qazax yolunda avtomobil yanıb, xəsarət alan var - FOTO

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda minik avtomobili yanıb. "Report" xəbər verir ki, hadisə magistral yolun 122-ci km-də, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Altay Novruzovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən qəfildən alovlanıb. Avtomobildə olan sürücü və onun ailə üzvləri dərhal avtomobili tərk ediblər. Altay Novruzov ayaq nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və yanğının qarşısı alınıb.

Yanğının səbəbi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi