Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən var

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən var Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər
Hadisə
23 Yanvar , 2015 09:47
Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən var

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində “Shacman” və “QAZ” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZ” markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi