Onların dördü qadın, bir nəfəri isə kişidir.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Fərid Abbasov, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, Günay Abdullayeva, Esmira Əliyeva, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Şəlalə Quluzadə və Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Samirə Gənciyeva evə qayıdıblar.