​Bakı metrosunda sərnişin polisi döyüb - ƏLAVƏ OLUNUB

​Bakı metrosunda sərnişin polisi döyüb - ƏLAVƏ OLUNUB Hazırda Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcələssinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə istintaq tədbirləri davam etdirilir
Hadisə
11 Dekabr , 2015 10:41
​Bakı metrosunda sərnişin polisi döyüb - ƏLAVƏ OLUNUB

Bakı. 11 dekabr. REPORT.AZ/ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb. “Report”un xəbərinə görə, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin oktyabrın 5-də baş vermiş faktla bağlı hazırda Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcələssinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi