Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb

Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən və söküntü işləri aparılan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib
Hadisə
8 Aprel , 2024 12:44
Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb

Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

"Report"un sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi cavaba əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

"Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq".

Son xəbərlər

Orphus sistemi