“Azərdəmiryol”a məxsus yükdaşıyan elektrovozda yanğın baş verib

“Azərdəmiryol”a məxsus yükdaşıyan elektrovozda yanğın baş verib Yanğını yanğınsöndürənlər söndürüb
Hadisə
30 Aprel , 2016 08:41
“Azərdəmiryol”a məxsus yükdaşıyan elektrovozda yanğın baş verib

Bakı. 30 aprel. REPORT.AZ/ “Azərdəmiryol” QSC-yə məxsus yükdaşıyan elektrovozda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında “Azərdəmiryol” QSC-yə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğını yanğınsöndürənlər söndürüb.

Son xəbərlər

Orphus sistemi