“Azercell” prezidentinin olduğu restoranda yanğın baş verib

“Azercell” prezidentinin olduğu restoranda yanğın baş verib “Son vaxtlar “Azercell”in ölkə KİV-ləri ilə əlaqələri zəifləyib”
Hadisə
27 İyul , 2015 17:36
“Azercell” prezidentinin olduğu restoranda yanğın baş verib

“Son vaxtlar “Azercell”in ölkə KİV-ləri ilə əlaqələri zəifləyib”

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakıda “Azercell”in rəhbərliyi ilə KİV redaktorları arasında görüş keçirilib. “Report”un xəbərinə görə, görüşdə “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin bir sıra qəzet, informasiya agentliyi və saytların redaktorları iştirak edib.

Tədbirdə qeyd olunub ki, son vaxtlar “Azercell”in ölkə KİV-ləri ilə əlaqələri zəifləyib. Həmçinin, “Azercell”in bəzi nömrələrə artıq borc yazması hallarının müşahidə olunduğu vurğulanıb, bu halın KİVDF-yə qarşı da baş verdiyi bildirilib. Belə ki, KİVDF-yə məxsus “Azercell” nömrələrinə iki ay 250 manat (ümumilikdə 500 manat) artıq borc yazılıb. “Azercell” rəhbərliyi isə bütün neqativ hallara son qoyulacağına söz verib.

Rəsmi hissədən sonra “Naxçıvan” restoranında redaktorlar üçün ziyafət təşkil olunub. Lakin restoranda baş verən yanğın hadisəsi ziyafətin başa çatmasına imkan verməyib.

Belə ki, restoranda baş verən qısaqapanma tüstülənmə ilə müşahidə olunub. Bu səbəbdən restoranda olan digər qonaqlarla yanaşı, “Azercell”in rəhbərliyi və jurnalistlər təxliyə edilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yanğının böyüməsinin qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi