​Azərbaycanlının satıcı işlədiyi mağaza qarət olunub

​Azərbaycanlının satıcı işlədiyi mağaza qarət olunub Qarət zamanı həmyerlimiz mağazada olub
Hadisə
11 May , 2015 20:57
​Azərbaycanlının satıcı işlədiyi mağaza qarət olunub

Bakı. 11 may. REPORT.AZ/ Ötən gün səhər saatlarında Sankt-Peterburqun Kirov rayonunun Ulyanka qəsəbəsində ödəmə terminalından kobud şəkildə pul oğurluğu hadisəsi baş verib.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, zahirən qafqazlıları xatırladan iki kişi Veteranlar prospektində yerləşən mağazaya daxil olublar, oradakı terminalı açaraq pulları götürüblər və sakit şəkildə müəssisəni tərk ediblər.

Bununla belə, qarət zamanı mağazada 30 yaşlı azərbaycanlı satıcı olub. Cinayətkarlar ona heç bir məhəl qoymayıblar. Qarət nəticəsində dəyən ziyan hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi