​Azərbaycanlı Rusiyada polisə rüşvət təklif etdiyinə görə cərimə olunub

​Azərbaycanlı Rusiyada polisə rüşvət təklif etdiyinə görə cərimə olunub Həmyerlimiz polis əməkdaşına 3 min rubl həcmində rüşvət vermək istəyib
Hadisə
26 Fevral , 2015 23:44
​Azərbaycanlı Rusiyada polisə rüşvət təklif etdiyinə görə cərimə olunub

Bakı. 26 fevral. REPORT.AZ/ Novoçeboksarsk şəhər məhkəməsi Azərbaycan vətəndaşı olan yerli sakini rüşvət təklif etməkdə müqəssir bilib.

"Report" xəbər verir ki, bu barədə Çuvaşiya Respublikasının İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Cinayət işinin materiallarına görə, 57 yaşlı azərbaycanlı 3 oktyabr 2014-cü il tarixində ifadə vermək üçün polis bölməsinə gəlib. Onun qohumu üzərində məşhur xarici brendin rəmzi olan saxta geyim satmaqla məşğul olub və polis həmin malları müsadirə edib.

Dindirilmə zamanı o, polis əməkdaşına 3 min rubl məbləğində (44 ABŞ dolları) rüşvət təklif edib, lakin onun bu hərəkətinin qarşısı alınıb.

Məhkəmə həmyerlimizi müqəssir bilib və onun barəsində 45 min rubl məbləğində (657 dollar) cərimə kəsib.

Son xəbərlər

Orphus sistemi