Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlı Rusiyada polisə rüşvət təklif etdiyinə görə cərimə olunub

    Həmyerlimiz polis əməkdaşına 3 min rubl həcmində rüşvət vermək istəyib

    Bakı. 26 fevral. REPORT.AZ/ Novoçeboksarsk şəhər məhkəməsi Azərbaycan vətəndaşı olan yerli sakini rüşvət təklif etməkdə müqəssir bilib.

    "Report" xəbər verir ki, bu barədə Çuvaşiya Respublikasının İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

    Cinayət işinin materiallarına görə, 57 yaşlı azərbaycanlı 3 oktyabr 2014-cü il tarixində ifadə vermək üçün polis bölməsinə gəlib. Onun qohumu üzərində məşhur xarici brendin rəmzi olan saxta geyim satmaqla məşğul olub və polis həmin malları müsadirə edib.

    Dindirilmə zamanı o, polis əməkdaşına 3 min rubl məbləğində (44 ABŞ dolları) rüşvət təklif edib, lakin onun bu hərəkətinin qarşısı alınıb.

    Məhkəmə həmyerlimizi müqəssir bilib və onun barəsində 45 min rubl məbləğində (657 dollar) cərimə kəsib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi