Azərbaycanın daha bir rayonunda zəlzələ olub

Azərbaycanın daha bir rayonunda zəlzələ olub Maqnitudası 3,1, dərinliyi 16 km olan zəlzələ hiss edilməyib
Hadisə
9 Fevral , 2015 12:46
Azərbaycanın daha bir rayonunda zəlzələ olub

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın daha bir rayonunda zəlzələ qeydə alınıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 12:11:10-da Saatlıdan 16 km cənub-qərbdə Saatlı ərazisində qeydə alınıb. Maqnitudası 3,1, dərinliyi 16 km olan zəlzələ hiss edilməyib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 05:12-də Kürdəmirdən 15 km cənubda 4 bal gücündə qeydə alınan zəlzələ hiss olunub.

Son xəbərlər

Orphus sistemi