Azərbaycanda dələduzluqda təqsirləndirilən qadın barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycanda dələduzluqda təqsirləndirilən qadın barəsində həbs qətimkan tədbiri seçilib Qərardan narazı qalan MMC rəhbəri apellyasiya şikayəti verib
Hadisə
16 Aprel , 2016 11:52
Azərbaycanda dələduzluqda təqsirləndirilən qadın barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 16 aprel. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un əldə etdiyi məlumata görə, məhkəmə MMC rəhbəri barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Qərardan narazı qalan M.Həsənova apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Belə ki, "Topstap LTD" MMC-nin təsisçisi M.Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub. Hazırda faktla bağlı istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi