Azərbaycanda toydan qayıdan ailə qəzaya düşüb, iki nəfər ölüb - FOTO

Azərbaycanda toydan qayıdan ailə qəzaya düşüb, iki nəfər ölüb - FOTO Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib
Hadisə
7 Sentyabr , 2016 14:41
Azərbaycanda toydan qayıdan ailə qəzaya düşüb, iki nəfər ölüb - FOTO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Gəncədən toydan qayıdan ailə qəzaya düşüb.

"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib.

Belə ki, 90-CP-149 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində maşında olan sərnişin Elmira Məmmədova və digər sərnişin hadisə yerindəcə dünyalarını dəyişiblər. E.Məmmədova sürücünün həyat yoldaşı olub.

Sürücü və avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi