Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb

Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb İki nəfər ağır bədən xəsarətləri alıb
Hadisə
13 İyun , 2016 14:26
Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb

Göygöl. 13 iyun. REPORT.AZ/ Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini Ceyhun Süleymanovun idarə etdiyi VAZ-21099 markalı avtomobil Daşkəsən rayon sakini Fidayıl Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəzadan sonra “Niva” markalı avtomaşın yanıb.

Hadisə nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Niva” markalı avtomaşının sürücüsü Fidayıl Ələsgərov polis əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi