Azərbaycanda oğurluq edən əmioğlular tutulub - FOTO

Azərbaycanda oğurluq edən əmioğlular tutulub - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
3 Noyabr , 2015 11:49
Azərbaycanda oğurluq edən əmioğlular tutulub - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ Qazaxda oğurluq edən əmioğlular tutulub. "Report"un xəbərinə görə rayonun Xanlıqlar kənd sakini Nemət və Dərviş Mustafayevlər həmin kənd sakini Nadir Məmmədova məxsus mağazadan və qonşunun həyətindən oğurluq ediblər. 

Bələ ki, əmioğlular N.Məmmədova məxsus mağazadan 536 manat dəyərində tütün məmulatları və qonşunun həyətindən 200 litr benzin oğurlayıblar.

Mustafayevlər oğurladığı malları evlərində saxlayıblar.

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliytyat axtarış tədbirləri nəticəsində əmioğlular
saxlanılaraq polis şöbəsinə aparılıb. Onların oğurladığı mallar isə maddi sübüut kimi götürülərək istintaqa təhvil verilib.

Törətdikləri əməli etiraf edən əmioğlular sərxoş olduğuqlarını bildiriblər. Onlar oğurlanan malları sata bilməyiblər.

Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi