​Azərbaycanda məşhur şirkətin avtomobilinə basqın olub

​Azərbaycanda məşhur şirkətin avtomobilinə basqın olub Külli miqdarda pul aparılıb
Hadisə
13 Avqust , 2015 15:46
​Azərbaycanda məşhur şirkətin avtomobilinə basqın olub

Külli miqdarda pul aparılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanda mebel satışı ilə məşğul olan şirkətin əməkdaşı döyülüb. “Report”un xəbərinə görə, hadisə Siyəzən rayonunun Zarat qəsəbəsində baş verib.

Belə ki, “Dellora” mebel mərkəzinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedən zaman Siyəzən rayonu ərazisində onun “Mercedes” markalı avtomobilində nasazlıq yaranıb. Avtomobildən düşüb təmir etmək istəyən zaman naməlum şəxslər ona hücum edib xəsarət yetirərək maşında olan “Dellora” mebel mərkəzinə məxsus külli miqdarda pulu ələ keçirib hadisə yerindən qaçıblar.

Yaralı Samir Cəlalov xəstəxanaya yerləşdirilib.

Hazırda cinayəti törədənlərin axtarışları aparılır. 

Son xəbərlər

Orphus sistemi