Azərbaycanda iki azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki azyaşlı bədbəxt hadisə nəticəsində ölüb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
19 Avqust , 2016 12:38
Azərbaycanda iki azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanda iki azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumta görə, Şəmkirdə 4 yaşlı qız su arxına düşərək boğulub.

Belə ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan 4 yaşlı Fidan Məmmədova su arxına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.

Bundan başqa, Qubada da bədbəxt hadisə baş verib. Belə ki, avqustun 11-də Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan 2 yaşlı Elnur Əliyevin üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 18-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi