Azərbaycanda həbsdə olan sabiq nazir azadlığa buraxılıb

Azərbaycanda həbsdə olan sabiq nazir azadlığa buraxılıb Onun həbs müddəti başa çatıb
Hadisə
6 Avqust , 2016 11:42
Azərbaycanda həbsdə olan sabiq nazir azadlığa buraxılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Bu barədə “Report”a onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Son xəbərlər

Orphus sistemi