Azərbaycanda daha bir intihara cəhd hadisəsi olub

Azərbaycanda daha bir intihara cəhd hadisəsi olub Yanğınsöndürən-xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb
Hadisə
5 Dekabr , 2014 13:24
Azərbaycanda daha bir intihara cəhd hadisəsi olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Kürdəmir şəhərində 1998-ci il təvəllüdlü qız hündürlüyü 35 metr olan işıqlandırma qülləsinə çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etdirib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin yanğınsöndürən-xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi