Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunan Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulub.
Onun ekstradisiyası üçün tədbirlər görülür.