Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub Onun ekstradisiyası üçün tədbirlər görülür
Hadisə
12 İyul , 2016 12:38
Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunan Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi