Bakı. 8 oktyabr. REPORT.AZ/ Yevlax rayonunun İsmayılabad kəndində ana və 3 yaşlı övladı su kanalına düşüb. Bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, kənd sakini Səbinə Əkbərova və 3 yaşlı oğlu Ayxan kənd ərazisindəki kanalın üzərindəki taxta körpüdən keçən zaman kanala yıxılıblar. Ana xilas olsa da, axar su 3 yaşlı Ayxan Ələkbərovu aparıb. Azyaşlı suda boğularaq ölüb. Hadisə yerinə çağırılan
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisəyə səbəb kimi kanalın üzərindəki taxta körpünün sürüşkən olması göstərilir.