Azərbaycanda 5 il əvvəl ərinin mənzilindən 75 min manatlıq qızıl oğurlayan qadın tutulub

Azərbaycanda 5 il əvvəl ərinin mənzilindən 75 min manatlıq qızıl oğurlayan qadın tutulub Onun rəfiqəsi də saxlanılıb
Hadisə
6 Avqust , 2016 12:26
Azərbaycanda 5 il əvvəl ərinin mənzilindən 75 min manatlıq qızıl oğurlayan qadın tutulub

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda 5 il əvvəl ərinin mənzilindən 75 min manatlıq qızıl oğurlayan qadın tutulub.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova cari il iyulun 30-da saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi