​Azərbaycanda 22 yaşlı oğlanın tapılması üçün ailəsi pul mükafatı təyin edib - FOTO

​Azərbaycanda 22 yaşlı oğlanın tapılması üçün ailəsi pul mükafatı təyin edib - FOTO Əqli cəhətdən problemi olan gəncdən 3 il 4 aydır xəbər yoxdur
Hadisə
11 Fevral , 2016 19:39
​Azərbaycanda 22 yaşlı oğlanın tapılması üçün ailəsi pul mükafatı təyin edib - FOTO

Bakı. 11 fevral. REPORT.AZ/ Qaxda 22 yaşlı oğlan dörd ilə yaxındır itkin düşüb. “Report” xəbər verir ki, Qax rayonu, Cəlayir kəndində yaşayan 1994-cü il təvəllüdlü Nizaməddin Oğulbəy oğlu Yəhyayev 9 oktyabr 2012-ci il tarixdən evdən çıxıb və bir daha geri qayıtmayıb. Nizaməddin Yəhyayevin əqli cəhətdən problemi var. 

Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Axtarış üzrə əməliyyat müvəkkili Vasif Bəşirlinin "Report"a verdiyi məlumata görə gənc oğlan sonuncu dəfə 2014-cü ilin yaz aylarında Tərtər şəhərinin bazar ətrafında görünüb. Orta yaşlı bir kişi onu şəhərdə yerləşən bərbərxanaya gətirib və daha sonra Nizaməddinlə birgə oradan uzaqlaşıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun axtarışları hələ də davam edir.

Nizaməddin Yəhyayevi görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur. 22 yaşlı oğlanın yerini bildirənə ailəsi tərəfindən 500 manat pul mükafatı veriləcək.

Tel: 050 379 19 29

Qax Rayon Polis Şöbəsi: 02425 5 23 52

Son xəbərlər

Orphus sistemi