​Azərbaycan şirkəti "Türk Hava Yolları"nı məhkəməyə verib

​Azərbaycan şirkəti "Türk Hava Yolları"nı məhkəməyə verib İşə Azərbaycan Ali Məhkəməsində baxılacaq
Hadisə
23 Fevral , 2016 10:14
​Azərbaycan şirkəti Türk Hava Yollarını məhkəməyə verib

Bakı. 23 fevral. REPORT.AZ/ "Aqat-R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Türk Hava Yolları"nın Azərbaycan nümayəndəliyini məhkəməyə verib.

"Report"un məlumatına görə, MMC dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan "Türk Hava Yolları"nın Azərbaycan nümayəndəliyi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə akt dəyişdirilmədən saxlanılıb. Daha sonra nümayəndəlik kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi