Azərbaycan məhkəməsi daha iki məhbusun Türkiyəyə ekstradisiya olunması barədə qərarlar qəbul edib

Azərbaycan məhkəməsi daha iki məhbusun Türkiyəyə ekstradisiya olunması barədə qərarlar qəbul edib Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan edilib
Hadisə
6 May , 2016 11:13
Azərbaycan məhkəməsi daha iki məhbusun Türkiyəyə ekstradisiya olunması barədə qərarlar qəbul edib

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Türkiyə vətəndaşları Hikmət Kaynak və Mehmet Tekinin ekstradisiyası ilə bağlı işinə baxılıb.

"Report"un məlumatına görə, ayrı-ayrı hakimlər - Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan olunub.

Məhkəmə həmin şəxslərin Türkiyə Respublikasına ekstradisiya olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, Türkiyə Respublikasında axtarışda olan H.Kayak və M.Tekin Azərbaycanda həbs edilib. Həmin şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi