Azərbaycan DİN-də yeni kadr təyinatları olub

Azərbaycan DİN-də yeni kadr təyinatları olub Bununla bağlı nazir əmr imzalayıb
Hadisə
3 Dekabr , 2014 08:53
Azərbaycan DİN-də yeni kadr təyinatları olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub. "Report" xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib.

Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib. 

R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib.

Son xəbərlər

Orphus sistemi